Bu kitab aləmərə rəhmət kimi göndərilən Həzrəti-Məhəmməd-səlləllahu əleyhi və səlləm-in zühuru üçün iqbal və bahar müjdələyicisi olan Nəbilər Silsiləsindən; Mələklərin ona səcdə etməklə əmr olunduğu Adəm (əleyhisəlam); Səmavi heyranlığın sirlərini daşıyan İdris (əleyhisəlam) Tufanı ilə yer üzünü küfrdən təmizlədiyi Nuh (əleyhisəlam); Fırtınalarla inkar yurdlarının alt-üst edildiyi Ad qövmünün peyğəmbəri Hud (əleyhisəlam); Azğınlıq və üsyankarlıq yuvalarının zəlzələlərlə kökündən sarsıldığı Səmud peyğəmbəri Saleh (əleyhisəlam); Təslimiyyəti ilə zalım nəmrudun od yığılarını gül bağçalarına döndərən İbrahim (əleyhisəlam); İxlas, sədaqət, təvəkkül və təsmiliyyəti ilə abidələşən İsmail (əleyhisəlam); Nəslindən Bəni İsrail peyğəmbərləri gələn İshaq (əleyhisəlam); Azğın və əxlaqsız xalqını son ana qədər hidayətə çağıran, Sodom və Qomorənin məhzun peyğəmbəri Lut (əleyhisəlam); Tövhid sancağını şərqdən qərbə daşıyan Zülqərneyn (əleyhisəlam); Köləlik və zindan həyatının əzab-əziyyətlərindən sonra Misirə və könüllərə sultan olan Yusif (əleyhisəlam); Xitabəti ilə (natiqliyi ilə) könülləri vəcdə gətirən Həbibül-Ənbiya Şüayb (əleyhisəlam)ın ayələr işığında xəstələrə şəfa verib ölüləri dirildən İsa- əleyhisəlam-ın ilahi təcəllilərlə dolu ibrətli qissələri ilə tanış olacaqsınız.

Book Information

ISBN978-9952-80-835-3
Publisherİpekyolu
Date2006
LanguageAzerbeijanese
READ- DOWNLOAD (PDF)