Həzrət Əli -radıyallâhu anh- insanın bu imtahan aləmindəki qafilliyi və nadanlığı haqqında belə deyir: “Fəzilətə ucalmaq çətin, rəzalətə alçalmaq asandır.” İnsan isə daim mənəvi tərbiyəyə möhtacdır. Kitabda bu şüur və həssaslıq içində onun bəşəriyyətə dünyəvi və üxrəvi qazanc gətirən xidmətləri və dünyanı cənnət halına gətirəcək davranışları əsasında ortaya qoyduğu prinsipləri anladılır. Bu prinsiplər daxilində Allah Rəsulunun mənəvi tərbiyəsində böyüyən əshabın, Haqq dostlarının və onların yolunu davam etdirən fəzilətli şəxsiyyətlərin ibrət və hikmət dolu hallarından misallar verilir.

Book Information

ISBN978-9952-8136-5-4
Publisherİpekyolu
Date2009
LanguageAzerbeijanese
READ- DOWNLOAD (PDF)