İnsan ilahi sifətləri kamil təcəllalarına və ilahi xitaba nail olmuş, Rəbbinə xəlifə olmaq istedadı ilə yaradılmışdır. Bu baxımdan insan kainatın gözbəbəyi olaraq Rəbbindən bir sirr daşıyır. Başqa sözlə, onun etdiyi günahlar dəyərini nə qədər düşürsə də, ondakı dəyər yenə də öz varlığını saxlayır. İnsana bu gözlə baxan təsəvvüf könlün maddi-mənəvi kirlərdən təmizlənib gözəl əxlaq və vəsfləri qazanmaq, dini özünə uyğun olan bir keyfiyyətdə səmimiyyət və feyzlə yaşaya bilmək cəhdidir. Bu baxımdan təsəvvüf ağlın təkbaşına həll etməyə gücü çatmadığı maddi, ya da mənəvi hadisələrdəki sirləri, hikmət və müəmmaları əhatə edən bir kamilliyə çatmaqdır. Sonsuz ruhani həzlərə məftun olaraq könlün önündə bir ayaq bağı olan nəfs əngəlini aşmağa çalışmaqdadır.

Book Information

ISBN978-9952-8121-6-9
Publisherİpekyolu
Date2009
LanguageAzerbeijanese
READ- DOWNLOAD (PDF)