Ağlın insan, kainat və bunlardakı həqiqətlərə bir güzgü mahiyyətində olan Qurani-Kərim üzərində təfəkkür edərkən əldə edəcəyi nəticə eynilə torpaq altından çıxarılan xammədənlər kimidir. Bu mədənləri emal edən isə qəlbdir. Qəlb duyğuların mərkəzidir. Qəlbin funksiyası ağlın təqdim etdiyi dəlilləri birləşdirərək həqiqətin kamil mənada dərk edilməsini təmin edir. Deməli, haqqa və xeyrə çatmanın mükəmməl bir şəkildə icrası ağlın vəhylə tərbiyə edilməsini və ağlın bitdiyi nöqtədə iman kamilliyinə sahib bir qəlbin dövrəyə girərək onun əskikliyini təslimiyyətlə dəf etməsini vacib edir.

Book Information

ISBN978-9952-449-66-2
Publisherİpekyolu
Date2010
LanguageAzerbeijanese
READ- DOWNLOAD (PDF)