Azerbeijanese Books

Könüllər Sultanı Peyğəmbərimizə Məhəbbət

Bu bir gerçəkdir ki, müstəsna yaradılış möcüzəsi olan Fəxri-Kainat həzrətlərini bəşər taqətimiz ölçüsündə bütünlüklə idrak etmək imkansızdır. Bu aləmdə hiss etdiklərimizlə Onu idrak etmək kifayət deyildir. Zira sahilsiz ümmanı bir stəkana sığdırmaq mümkün deyildir. Həqiqəti-Muhammədiyyənin əzəməti qarşısında bizim idrakımız fövqəladə hadisələri qavraya bilməyən bir uşağın idrakından fərqlənmir. Çünki Haqq-Təala Rəsuluna o qədər ali məqam lütf etmişdir ki, bəşəriyyətin o Əziz Peyğəmbərin fəzl-kamalına vaqif olmasıda, kəlmələrin məhdud imkanları ilə Onu tam mənada izah edə bilməsi də mümkün deyildir. Onun dilimizdəki ifadəsi də yalnız dəryadan bir damla qəbilindəndir. Rəbbimiz hər birimizə Könüllər Sultanının feyz və ruhaniyyətindən nəsiblənməyi, ömrümüz boyu Onun halı ilə həmhal olmağa səy göstərməyi lütf-kərəmi ilə ehsan buyursun.

READ- DOWNLOAD (PDF)